Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi


Əfqanıstan hakimiyyəti qadınlar üçün yeni məhdudiyyətlər səbəbindən bir neçə gündür etirazların davam etdiyi Herat şəhərinə hərbi texnika cəlb edib.

Turkustan.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat verib.

Yerli sakinlərin bildirdiyinə görə, iyunun 10-dan şəhərdə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə başlanılıb ki, onlar həmçinin insanların telefonlarını da yoxlayırlar. Marqarita pizza

Məlumata görə, bölgədə iyunun 11-də o, bütün şəhər üzrə yerləşdirilmiş və ərazini patrul edən hərbi maşınlar, eləcə də silahlı polislər və kəşfiyyat agentlərinin olduğu əlavə nəzarət-buraxılış məntəqələri yaradılıb. Yerli sakinin sözlərinə görə, insanlar nümayişlər keçirmək planlarından imtina ediblər.

"Hər küçədə şübhəli şəxsi avtomobil var və gündəlik geyimdə olan insanlar öz maşınlarında oturub insanları izləyirlər", - deyə yerli sakinlərdən biri qeyd edib.

Xatırladaq ki, daha əvvəl Heratda müvafiq qurum tərəfindən qadınlar üçün yeni qaydalar siyahısı dərc edilib. Qaydalar əsasən kosmetikadan istifadəyə qadağanı, mütləq şəkildə corab və maskaların geyilməsini nəzərdə tutur. Bu qaydalara əməl edilmədiyi təqdirdə qadınları saxlanılma və həbs cəzası gözləyir. Bundan sonra sosial şəbəkələrdə yeni qadağalara qarşı etiraz çağırışları yayılıb./Oxu.az


MANŞET XƏBƏRLƏRİ