İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi Hörmüz boğazının idarə olunması ilə bağlı planın neftin milliləşdirilməsinə bənzər daimi bir təşəbbüs olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, İran Gənc Jurnalistlər Klubuna (YJC) danışan Əzizi Hörmüz boğazı ilə bağlı hazırlanmış yeni qanun layihəsinə dair açıqlama verib.
O qeyd edib ki, İran Parlamenti tərəfindən hazırlanan və boğazın tranzit qaydalarını əhatə edən idarəetmə planı hərtərəfli xarakter daşıyır:
“Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi və inkişaf etdirilməsi üçün hazırlanmış bu plan neftin milliləşdirilməsi kimi daimi bir təşəbbüsdür.”
Əzizi həmçinin vurğulayıb ki, İran təhdidlərə milli maraqlar çərçivəsində cavab verir və regionda “müdrik siyasət” yürüdür.
Aytən Yaşar/ Turkustan.az