Trampdan İranla bağlı gözlənilməz addım - FOTO


ABŞ Prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ–İran danışıqlarına dair paylaşımını öz sosial media hesabında yenidən paylaşıb.

Turkustan.az xəbər verir ki, Əraqçi tərəfindən yayılan mesajda Tehran və Vaşinqton arasında müzakirə olunan razılaşmanın yekun mərhələyə çox yaxın olduğu qeyd edilib.

İranlı nazir bildirib ki, tərəflər arasında gündəmdə olan sənəd hazırda ən yüksək tamamlanma səviyyəsinə çatıb. O, eyni zamanda mediaya müraciət edərək danışıqların məzmunu ilə bağlı ehtimallardan və qeyri-dəqiq məlumatlardan uzaq durmağı tövsiyə edib, rəsmi açıqlamaların yaxın günlərdə veriləcəyini vurğulayıb.

ABŞ prezidenti isə daha əvvəl etdiyi çıxışlarda İran tərəfinin sazişlə bağlı bəzi detalları ictimaiyyətə vaxtından əvvəl ötürməsi ilə bağlı irad bildirib və prosesi sürətləndirməyin vacibliyinə dair mesaj verib./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ