Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında davam edən danışıqlarda razılaşma əldə olunduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, o bildirib ki, sənədin yekunlaşdırılması və növbəti addımların müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Şərif sosial şəbəkə hesabında paylaşdığı açıqlamada deyib:
“Pakistanın intensiv vasitəçilik səyləri davam edərkən, sülh prosesini pozmağa çalışan qüvvələrin dezinformasiya kampaniyalarından xəbərdarıq.
Bütün söz-söhbətləri bir kənara qoysaq, sülh sazişinin yekun və razılaşdırılmış mətninin hazır olduğunu təsdiqləyə bilərik. Pakistan növbəti addımların müəyyənləşdirilməsi üçün hər iki tərəflə sıx əməkdaşlıq edir. Sülh heç vaxt bu qədər yaxın olmayıb”.
Bu arada, ABŞ Prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-İran razılaşmasının yaxın olduğu barədə paylaşımına diqqət çəkib.
Tramp sosial şəbəkə hesabında Əraqçinin bu açıqlamasını sitat gətirərək yenidən paylaşıb.
Aytən Yaşar/ Turkustan.az