Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə


ABŞ-ın Müharibə Nazirliyi uçan naməlum obyektlər (UNO) haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell bildirib:

"Kolleksiya WAR.GOV/UFO veb saytındadır və nazirlik davamlı olaraq əlavə sənədləri yayımlayacaq".

Qeyd edək ki, əvvəllər məxfi saxlanılan materialların açıqlanması üzrə qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun İdarəsi, ABŞ Energetika Nazirliyi, FTB, NASA və digər orqanlar iştirak edirlər.

Vurğulanıb ki, açıqlanma ABŞ Prezidenti Donald Trampın naməlum anomal hadisələrlə bağlı hökumət materiallarının məxfiliyinin açılması ilə bağlı sərəncamına uyğun olaraq, şəffaflığı maksimum təmin etmək məqsədilə həyata keçirilir.

Portalın 8 may 2026-cı ildə istifadəyə verilməsindən bəri, dünya üzrə 1,7 milyarddan çox ziyarətçi qeydə alınıb./publika.az


MANŞET XƏBƏRLƏRİ