Uranı verməmək üçün hər şeyi gözə aldılar-İrandan həm nüvə şərti, həm də ABŞ-a hərbi çəpər


İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yüksək dərəcədə zənginləşdirilmiş uran probleminin həlli üçün yeganə qəbul edilən variantın bu uranın məhz İran ərazisində seyrəldilməsi (zəiflədilməsi) olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, ABŞ və İran arasındakı memorandum barədə danışan XİN rəhbəri tərəflərin nüvə proqramı və uranın zənginləşdirilməsi kimi ən həssas mövzuların müzakirəsini sazişin ikinci mərhələsinə keçirmək barədə razılığa gəldiklərini əlavə edib.

Lakin rəsmi Tehranın bu diplomatik bəyanatları fonunda pərdəarxasında çox ciddi hərbi hazırlıqların getdiyi üzə çıxıb. Belə ki, ABŞ-ın CNN telekanalı kəşfiyyat mənbələrinə istinadən şok məlumat yayıb.

Məlumata görə, son həftələrdə İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini görünməmiş dərəcədə gücləndirib. Vaşinqtonun nüvə materiallarını qəfil əməliyyatla ələ keçirə biləcəyindən ehtiyat edən Tehran hakimiyyəti strateji əhəmiyyətli bəzi yeraltı tunelləri tamamilə doldurub, uran ehtiyatlarının saxlandığı anbarların girişlərini isə minalayıb. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ