Filippinin cənubundakı Mindanao adasında iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 61 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, GMA News-un yaydığı məlumata görə, Filippin Mülki Müdafiə Bürosunun (OCD) açıqlamasında bildirilib ki, təbii fəlakət nəticəsində 1221 nəfər yaralanıb, 33 nəfər isə itkin düşmüş hesab olunur.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, zəlzələ Sarangani əyalətinin Soccsksargen bölgəsində yerləşən Kablalan şəhərindən 26 kilometr cənub-qərbdə qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar 55,2 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, Filippin "Sakit Okean Od Həlqəsi" adlandırılan aktiv zəlzələ və vulkan qurşağında yerləşdiyindən ölkədə tez-tez güclü zəlzələlər baş verir.
Aytən Yaşar/ Turkustan.az