Türk dövlətləri Zəngəzur dəhlizində pay sahibi olacaq - Paşinyandan ŞOK TƏKLİF


Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan və Qırğızıstan liderlərinə ABŞ ilə birgə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsində pay sahibi olmağı təklif edib.

Turkustan.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan hər iki ölkəyə layihədə 5 faiz pay verməyə hazır olduğunu bildirib.

Söhbət Ermənistanın layihənin ilkin mərhələsində əldə etməsi nəzərdə tutulan 26 faizlik paydan gedir. Paşinyanın təklifinə əsasən, bu payın 5 faizi Qazaxıstana, digər 5 faizi isə Qırğızıstana verilə bilər.

Ermənistan hökumətinin rəhbəri bu təklifi daha əvvəl də səsləndirib. Paşinyan dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı onu Qazaxıstanda Kurultay seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib və TRIPP layihəsində iştirakla bağlı təklifini yenidən gündəmə gətirib.

Məlumata görə, Qazaxıstanın layihədə iştirakı bununla məhdudlaşmaya bilər. Astana Ermənistanın dəmir yollarının idarə olunması məsələsində Rusiyanın mümkün varisi kimi də nəzərdən keçirilir.

Beləliklə, Qazaxıstanın TRIPP layihəsində iştirak etməsi ilə yanaşı, Ermənistanın dəmir yolu sisteminin idarə olunmasında da daha fəal rol alması gündəmə gələ bilər.

Telefon danışığının açıqlanan əsas nəticələrindən biri isə Kasım-Jomart Tokayevin oktyabr ayında Ermənistana səfər etmək niyyətini bildirməsi olub. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ