Rusiyadakı azərbaycanlıları necə xilas etməli? – “İşgəncə maşını” getdikcə azğınlaşır


Son vaxtlar Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərin, həbslərin və işgəncələrin artması ciddi narahatlıq doğurur. Moskvada, Sank-Peterburqda, Yekaternburqda və digər bölgələrdə soydaşlarımızın hüquqları pozulur, insanlar əsassız səbəblərlə saxlanılır, təhqirə və fiziki zorakılığa məruz qalırlar. Onların əmlakları dağıdılır, qanunsuz yollarla əlindən alınır.

Bu kimi hallar həm beynəlxalq hüquq normalarına, həm də insan haqlarına ziddir. Problemin aradan qaldırılması üçün BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlara müraciət və ikitərəfli diplomatik kanallar vasitəsilə məsələni gündəmə gətirmək mümkündürmü?

Rəsmi Bakı bu istiqamətdə hansı addımları ata bilər?

Globalinfo.az-a danışan deputat Asim Mollazadə bildirib ki, Rusiyanın törətdiyi əməllərlə bağlı Azərbaycan mütləq bütün beynəlxalq təşkilatlara məlumat verməlidir.

O vurğulayıb ki, Rusiya az qala bütün xalqlara qarşı qərəzli davranır:

“Beynəlxalq təşkilatlar Rusiyada baş verən hadisələrdən kifayət qədər məlumatlıdır. Bu ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Hər gün Ukraynada Rusiya bombardmanlarının qurbanı uşaqlar, qadınlar və yaşlılar olur. Yəni Rusiya dövlət olaraq insanlığa qarşı cinayətlər törədir və eyni zamanda müxtəlif etnik qrupların nümayəndələrinə işgəncə verir, onların hüquqlarını pozur. Soydaşlarımıza qarşı atılan addımlar qərəzlidir”.

asim mollazade 1

Asim Mollazadə

Asim Mollazadənin fikrincə, beynəlxalq təşkilatların Rusiyanın hərəkətlərinə laqeyd qalması onu daha sərt addımlar atmağa sövq edir:

“Onlar cəzalandırılmadıqlarını gördükləri üçün öz iyrənc siyasətini davam etdirirlər. Rusiyanın siyasəti insanlığa qarşı cinayətlərdən ibarətdir. Azərbaycanlılara qarşı nifrət və qəzəbin bir neçə səbəbləri var. Onlardan biri də soydaşlarımızın Rusiyada önəmli mövqelərdə uğurla fəaliyyət göstərməsidir. Bu uğurlar onları qıcıqlandırır. Çünki özləri işləmirlər, amma işləyən insanlara qarşı qısqanclıq və nifrət göstərirlər. Bu isə neo-bolşevik təfəkkürdən qaynaqlanan bir hərəkətdir.”


MANŞET XƏBƏRLƏRİ