Ər Hun/Orxan çayı vadisinin tarixi-coğrafi, maddi və mədəniyyət irsi



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Türküstan və Türk-Moğol diyarının tarixi-coğrafi tədqiqi sahəsində qiymətli elmi-nəzəri nəticələrə nail olan SSRİ EA-nın Coğrafiya İnstitutunun professoru E.M.Murzayev (1908-1998) “Monqolstan Xalq Respublikasının coğrafi tədqiqi” əsərində (1948) yazmışdır ki, əski Türkdilli etnosoylular monqol xalqının/moğolların etnogenezisini təşkil edir, Bəygöl/Baykal və Xasgöl/Xubsunur göllərinin cənub hissələri, Şərqi Sayan dağlıq qurşağının əhatəsi, Selhəngi/Selenqa çayı hövzəsi onların qədim ocaqlarıdır.

Əski minilliklərdə Türkdilli qəbilə-tayfa İttifaqının Təbəddülat mərhələsinin tarixi, maddi-mədəniyyət abidələri, zəngin irs nümunələri (yaşayış ocaqları, sakral abidələr, daş/qaya parçalarında çızılmış rəsmlər, yazılı lövhələr, əmək və bəzək əşyaları..) Selhəngi/Selenqa çayı hövzəsində yayılmaqla qədim sivilizasiya səhifəsi yaranmış, tədqiqat mərkəzi (hövzəyə aid Ər Hun/Orxan, Tül/Tuul, Ödlü/Uda, Ərdər/İder, Minqollu/Menza...çaylarının yataqları boyunca) kimi dəyər qazanmışdır.Təbii-landşaft strukturunun gözoxşayan mənzərəsi, saf dağ iqliminin İlahi uha yaxınlığı ilə seçilməsi, vadilərinin əsrarəngliyi, dini-sakral ocaqlarının qədimliyi, kökənli maddi-mədəniyyət xəzinəsinin bəşəriliyi....nəzərə alındığından 2004-cü ildən bu ərazilər Türk dünyasının əski tarixinin aabidəsi olaraq YUNESKO tərəfindən “Orxan çayı vadisinin mədəni landşaftı” adı ilə qəbul edilmişdir.

Haşiyə. İlkin dini-sakral ruhun kök saldığı Selhəngi çayını bürüyən təbii aləmdə/torpaqlarda Türk/Moğol soylu, ismi də bunu isbatlayan, Göy Türklərin Əsli Göy Bahadurun ailəsində Yuyulan/Onon çayı sahilində doğulan HunQuz/Çingiz xanın (1155-1227) 1206-cı ildə hüdudları aşan/qurduğu dövlətin paytaxtı Qara Kərim/Qaraqorum şəhəri də daxil olmaqla Ər Hun/Orxan çayı vadisinin gül-çiçək sehrinə, ruhani-irfani hisslərin hüzura büründüyü yaylaq-otlaq ərazilərinin mərkəzi hissəsində 7537, ümumilikdə isə 143 867 hektarı (burada VI əsr yadigarı çoxsaylı və müxtəlif həcmli yaşayış kompleksinin yurdları, qayaüstü rəsmlər və yazılar, artefaklar, qəbir/kurqanlar, dini-ibadət yerləri...tapılıb) ümumilikdə V-XIV əsrlərə aid “Orxan çayı vadisinin mədəni landşaftı” Ümumdünya irsi olmuşdur (Türk/Moğol dövlətinin baş şəhəri Ulu Bahadur/Ulan-Bator şəhərindən şimalda, 400 km aralı yerləşir).

Türk/Moğol diyarının elm, mədəniyyət, tarixi Qara Kərim/Qaraqorum şəhəri “Böyük İpək Yolu” üstündə yerləşdiyi üçün dünya iqtisadi əlaqələrinin güclənməsində, “Türk dünyası coğrafiyası”nın beynəlxalq əhəmiyyətinin öncül dəyər qazanmasında mühüm rol oynayıb. Səbəbdəndir ki, Fransa kralı IX Lüdoviqin (1214-1270) tapşırığı ilə flanamandiyalı səyyah V.Rubruk (1220-1293) 1253-1255-ci illərdə bu şəhərdə olmuş, “Şərq ölkələrinə səyahət” əsərində (1258) onun haqqında (hər cəhətə açılan qapıarı olan qala divarları ilə əhatə olunduğu, 2 məscidi və 1 kilsənin varlığı, Xan sarayının, idarəetmə və sənətkarlıq məhəllələrinin, dini dözümlülüyün...təsviri) qiymətli tarixi-faktoloji, coğrafi məlumatlar (1254-cü ilin qışında şəhərdə görünməmiş dərəcədə qar yağmışdır) vermişdir.

Qədim Hun dağı/Xanqaya yamaclarından başlayan Ər Hun çayı (uzunluğu 1241 km) hövzəsini əhatə edən təbii landşaftın maddi-mədəniyyət ocaqları ilə zənginliyi Türk dünyasının tarixi qədər qədimdir və həm də hövzənin mürəkkəb, kökənli qəbilə-tayfa, etnosoy bütövlüyünün XIX-XXI əsrlərdə dərin, hərtərəfli tədqiqi zəruriyi ilə fərqlənir.

Yaşayış ocaqlarının yaşı 60-10 min ilə çatan (Paleolit dövrü) bölgədə 1889-1893-cü illərdə arxeoloji axtarış aparan arxeoloq-etnoqraf N.M.Yadrintsev (1842-1894) Qara Kərim/Qaraqorum şəhəri ərazilərində olmuş, Ər Hun çayının yatağı sahillərində qaya parçaları üərində qədim Türk əlifbası ilə yazılı səhifələr açkar etmişdir. Bu qədim Türk yazılarını oxuyan danimarkalı dilçi-professor V.P.Tomsen (1842-1927) isə Göy/Doğu Türklərinin dövlət quruculuğu salnaməsinə-Şərqi Göy Türk xaqanlığının (682-744-cü illər) banisi İltəriş xan İtmiş bəy oğlunun (650-694) vəliəhdləri Bilgə Xaqan (683-732) və Gül Təkin xanın (684-735) həyatlarına işıq salmış, ilk dəfə olaraq əski Türk əlifbasının oxunuşuna nail olmuşdur (“Opxon və Yenisey yazılarının açımı/oxunuşu”, “Rusiya İmperator arxeologiya cəmiyyətinin Şərq şöbəsinin Qeydləri”, VIII cild, 1894).

Bu iki xaqanın qəbirləri/artefakları-“Qoşa Müqəddəs Dam” vadisində salınıb.

Haşiyə. İctimai xadim kimi publisistika sahəsində fəaliyyət göstərən N.M.Yadrintsev 1863-cü ildə “Tomsk quberniyasının xəbərləri” məcmuəsində dərc etdirdiyi məqalədə vətəöndaşlıq mövqeyini bildirərək yazmışdır ki, “....üç yüz il ərzində çar Rusiyası Sibir bölgəsini qarət, təbii sərvətlərini kobudcasına istismar edib, yerli əhalisini qırıb, etnosisteminin axırına çıxıb, bu yüzilliklər ancaq zorakılıq və işgəncələr tarixidir. Bütün bunlar tələb edir ki, kökənli xalqların qorunması, xilası naminə Sibir diyarı çar Rusiyasından ayrılmalıdır, ilkin, tarixdə mövcud olmuş dövlət quruluşu bərpa edilməlidir, layiq olduqları demoqratik cəmiyyət qurulmalıdır, Amerikada olduğu kimi....”.

Həqiqəti dilə gətirən və rəsmi qaydada imperiya hakimiyyətinə bəyan edən gənc müəllif 1868-1873-cü illərdə Arxangelsk vilayətinin Şəngli/Şenkursk şəhərində sürgün həyatı yaşqamışdır...

Göy Türklərin, Doğu Hun-Quz...Türklərinin Selhəngi çayı hövzəsinin tarixi-coğrafi öyrənilməsində digər rus tədqiqatçısı-səyyah, coğrafiyaçı, arxeoloq P.K.Kozlovun (1863-1935) da xüsusi əməyi olmuş (məşhur səyyah N.M.Prjevalskinin (1839-1888) Mərkəzi Asiyaya olan V ekspedisiyasının iştirakçısı), onun tədqiqat nəticələri “Orxan çayı vadisinin mədəni landşaftı”nın təməl dəyərləri sırasında mühüm yer tutur.

1908-1909-cu illərdə o, Uyğur xaqanlığının (VIII-IX əsrlər) paytaxtı Qara Bala Sak Hun/Balasaqun şəhərinin (Uyğurca-“Ordu Balık”) qalıqları yayılmış ərazidə (50 kv. km) qazıntılar aparmış, xan sarayının, məbəd...tikililərini aşkar etmişdir. Moğol dövləti 1937-1940-cı illərdə keçirdiyi “mədəni inqilab” nəticəsində bu nadir inşa irsi də zərər görmüşdür. Şəhər yaxınlığındakı Yurd/Duyt yüksəkliyində XIII-XIV əsr yadigarı, Çingiz xanın 3-cü oğlu, Moğol imperiyasının 2-ci hakimi (1229-1241-ci illərdə) Ugedey xanın (1186-1241) sarayının qalıqları da “göz ağladır”....

“Orxan çayı vadisinin mədəni landşaftı” nın qiymətli tarixi-mədəni irsi ilə yanaşı, təbiətinin gözəlliyi, bitki və heyvanat aləminin növ və növmüxtəlifliyinin zənginliyi ilə də dünyanın nəzəri-diqqətini cəlb etmişdir. Ər Hun/Orxan çayının sol qolu Ulu çay/Ulaan üzərində 24 m hündürlükdən axan şəlalə həmişə göy qurşağına güzgü tutur, hövzənin 417 növ bitkisi “nadir yaşıl tapıntı” kimi qiymətləndirilir, 278 növ ala-bəzək quşlara və 22 növ balıqlara (su canlılarına) rast gəlinir. Məhz bu tarixi-coğrafi salnamə qədimliyi, əski Tarix irsinin dəyərli tədqiqat obyekti kimi qəbul edildiyindən, eləcə də, təbiətinin canlı rəngarəngliyi, əvəzolunmazlığı...Dünya ziyarətçilərinin axınıını ilboyu kəsilməz etmişdir...

Dini-sakral məziyyətləri ilə təbii-ruhani İlahi hisslərə köklənən Sayın/Sayan dağlı qurşağı, Bəygöl/Baykal gölü, Selhəngi/Selenqa çayı, o cümlədən, Ər Hun/Orxan çayı hövzəsinin relyef-landşaft örtüyü hüsnü-mənzərəsi və morfogenetik xüsusiyyətləri ilə Türk/Moğol irsinin ifadəsidir, Ailə-Dil köklərinin təsdiqi ilə...Sıralan coğrafi məkanların etimoloji anlamına diqqət yetirmək kifayətdir.

Ər Hun/Orxan çayının mənbəyi mistik-fəlsəfi inanc təliminə ocaq olan Hun Qaya/Xanqaya dağında yerləşir (bu dağın ən uca zirvəsi Ulu Tanrı/Tenqer-Ulu adlanır, 4031 m), çayın qollarından biri Dəmir Qol/Temir Qol çayıdır, eyni mənbədən axır....

R.S. 30 oktyabr-13 noyabr 2025-ci il tarixdə Səmərqənd şəhərində keçirilən YUNESKO-nun 43-cü Baş konfrasının təşəbbüsü (15 dekabr 1893-cü ildə əski Ər Hun/Orxan daş səhifələrinin Türk dilində yazıldığı barədə dünya elmi ictimaiyyətinə Danimarka Kral Elmlər Akademiyası tərəfindən bildirildiyi günün şərəfinə) nəzərə alındığından BMT-nin qərarına əsasən 2025-ci ildən başlayaraq dekabr ayının 15-ci günü “Türk dilləri, Türk dili Ailəsinin Ümunmdünya günü” kimi keçirilir.


MANŞET XƏBƏRLƏRİ