Qədim Türk tarixində Quşan dövləti



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Quşan dövləti I Kadfis və II Kadfisin hakimiyyəti illərində.

E. ə. I əs­rin son­­­­larından eramızın IV əsrinədək Mərkəzi Asiyanın ictimai-si­ya­­­­­si və mədəni hə­­ya­­­­tında baş verən hadisələr Quşan dövləti ilə bağlıdır. E. ə. 165-ci il­də hunlarla mü­ba­­­­rizədə məğlub olan yuetçilər Tyan-Şandan şimala, Yeddisuya gəl­miş və qə­dim sak­­­­ların torpaqlarında məskunlaşmışdılar. E. ə. II-I əsr­­­lərdə Mər­kə­zi Asi­­ya­nın To­xa­­­­­rıstan adlı əyalətində yuetçi konfederasiyasına daxil olan bir tay­fanın beş qo­lun­dan iba­rət (Nyumi, Şuanmi, Quy­şu­an, Xise, Du­mi) yeni bir it­­­­ti­fa­qı yarandı. Qə­dim Çin mən­bələrinda bu tayfa ittifaqı “Quy­ju­an”, yaxud “Quy­şu­­an” adlanır ki, bu da Qu­­­şan etnoniminin Çin dilində tələffüz və yazılış formasıdır.

Quşanlar Mərkəzi Asiyanın qədim tayfalarından biri olub e. ə. II-I əsr­lər­də Bak­­­­triya əyalətində yaşayırdılar. Sanskrit dilində “Ku­şa­na” kimi ifadə olunan Qu-şan adı­­na ilk dəfə b. e. I-II əsrlərinə aid brahma və karoşti əlif­baları ilə yazılmış Ku­şan ki­­tabələrində rast gəlinmişdir. Quşan adının mənşəyi ilə əlaqədar aparılan araş­dır­ma­­larda təqiqatçılar bir-birindən fərqli dörd fərziyənin üzə­­rində dayanırlar. Birinci eh­timala görə kuşan adı bir bəyin, ikinci ehtimala görə boy və ya klanın, üçün­cü ehtimala görə sü­lalənin adı, dördüncü ehtimala görə isə hər hansı bir hökm­da­rın daşıdığı ləqəblə bağlı ola bi­lər. Digər tərəfdən, Quşan adının hər hansı bir mə­­­na ifa­də etdiyini də qeyd edə bi­­lərik. Belə ki, Quşan etnoniminin “idarə, yö­nətim” mə­na­sında iş­­lənən “Kuşa” ilə “kök, mənşə” anlamına gələn “na” hissələrinin bir­­ləş­mə­si nə­ti­cə­­sində “hökmdar sülaləsinə mənsub” ifadəsi yaranmış olur.

ABŞ türkoloqu Peter Qolden qu­şan­la­rın et­nik mən­şəyi məsələsinin hələ də mü­­­zakirə predmeti olduğunu qeyd edir. O, qu­şan­la­rın to­xar, pers, türk və monqol mən­­şəli ola biləcəyini ehtimal edir. Ey­ni za­man­da qu­şan­la­rın yunan əlifbasını və böl­­gənin Şərq pers ədəbi dilini mə­nim­sə­dik­lə­rini qeyd edir. Rus şərqsünasları bir­mə­­nalı şəkildə quşanların irandilli, Mərkəzi Asiyanın əksər ta­rix­­çiləri isə türk­mən­şə­li olduğunu güman edirlər. Türkiyə tarixçisi Enver Könükçü “Ku­şanlar və ağ-hun­­­lar” adlı əsərində quşanların mənşəyi ilə bağlı yazır: “Quşanların han­sı etnik züm­­­­rə­yə mənsub olduqları məsələsi yeni bir problem deyildir. İndiyə qə­dər də bu mövzu ilə maraqlanan alimlər araşdırmalarını davam etdirməkdədirlər. Bi­zim qu-şan­ların et­nik mənşəyi ilə bağlı baş vurduğumuz qaynaqlar əsasən latın, yu­nan, Çin və hind ya­zıları ilə yanaşı, arxeoloji qazıntılardan əldə etdiyimiz pullar, kita­bə­­lər və s.-dir. Bu qaynaqlardakı dil, geyim, fiziki təsvirlər, çarların daşıdığı ünvanlar quşanların türk, monqol və ya saka-İran mənşəli ola biləcəyi ehtimalını da­ha da güc­ləndirir”.

Türk tarixçisi Tezcan Mehmet isə Enver Könükçünün fi­kir­lə­ri­ni əsas gö­tü­rə­rək qu­şan­ların mənşəyinin daha iki etnik kimliyə bağlı olduğu ehti­ma­lı­nı irə­li sürür. Onun fik­rincə, quşanlar türk, monqol, tibet, hind və pers mənşəli ola bi­lər­­lər. Lakin təd­qi­qat­çı quşanların daha çox saka-İran mənşəli olduğu ehti­malı­nın üzə­rin­də dayanır. Əksər tədqiqatçılar isə quşanların tibet və hind mənşəli oldu­ğu eh­ti­ma­lı­nı inkar edirlər. Cənubi Qafqazda, o cümlədən Azər­bay­can­­­da da bir çox Quşi, Quşlar, Quşçu kənd adlarının mövcud olması quşan tayfasının da­­ha ge­niş areala yayılması ilə ya­na­şı, türksoylu etnos olması ehtimalını da gücləndirir.

E. ə. 160-cı ildə usunların təzyiqi ilə qərbə hərəkət edərək Fərqanəyə gəlmiş qu­­şanlar e. ə. 141-ci ildə Yunan-Baktriya dövlətinə son qoydular. Bu hadisədən yüz il sonra Quyşuan knyazı Kadfis Quşan dövlətini yaradaraq özünü yeni dövlətin ha­­kimi elan etdi. 80 ildən çox yaşayan I Kadfis ilk olaraq hunlarla və Çinlə mü­ba-ri­zədə zəifləmiş, dil birliyi və sikkələrdəki tamqaları belə bir-birinə yaxın olan Kanq çar­lı­ğı­nın cənub torpaqlarını özünə tabe etdi. Kadfiz həmçinin Parfiya döv­lə­ti­nə qarşı mübarizə apararaq bu dövlətə daxil olan Hindiquşdan şimal-qərbdəki əra­­ziləri, o cümlədən Kabil ətrafı əraziləri ələ ke­çir­­di.

I-III əsrlərdə yüksəliş döv­rünü keçirən Quşan dövləti Parfiya, Çin və Roma im­­periyaları ilə eyni vaxtda möv­cud olmuşdur. Quşan dövləti həmçinin türk xalq­la­rı­­nın tarixində ilk quldar dövləti kimi sə­ciy­yə­lə­nir. Quşanların dövlətçilik tarixi iki mər­­hələyə bölünür. Bu dövlətin I Kadfis və II Kadfisin hakimiyyəti illərinə aid I mər­­hələsi Mərkəzi Asiya ilə bağ­lı­dırsa, çar Kanişka və onun varislərinin siyasi mər­kə­­zin Hindistanın şimal-qərb əra­zi­lərinə kö­çü­rüldüyü dövr isə II mərhələsi he­sab olu­­nur. Quşan dövlətin I mərhə­lə­si, əsasən, Mər­kəsi Asiyanın siyasi tarixi ilə bağ­lıdır. Döv­­lətin qurucusu olan I Kud­­ju­la Kad­fi­sin hakimiyyəti illərində (?-51) Quşan tayfa it­­tifaqı güclənərək qüd­rət­li döv­lətə çev­ril­di və tezliklə işğalçılıq mü­ha­ri­bələrinə baş­la­­dı. Qısa müddətdə Ka­bul ça­yının höv­zə­sini, Kəşmir ətrafı əraziləri, Xarəzm, Soqd, Fər­­qanə, Çaç vi­la­yət­­lə­ri­ni əhatə edən Kanq dövlətini tutdu. I Kad­fi­sin ha­ki­miy­yə­­ti illərində Quşan dövlə­ti­nin sərhədləri Soqd çayından Hind çayına, Parfiyadan Pa­­mirə qədər əra­zi­lə­ri əhatə edir­di. O, öl­kə­nin paytaxtını Qissar sil­si­lə­si­nin arxa­sın­da­­kı Zərəfşan vi­la­yə­tinə kö­çür­­məklə yeni fəth edilmiş ərazilərə daha da yaxınlaşmaq is­­təyirdi.

I Kudjula Kadfisin dövründə Yunan-Baktriya çarlarının şərəfinə metal pullar zərb olunurdu. Quşan dövləti türk xalqları və dövlətlərinin tarixində metal pulu olan ilk dövlət hesab olunur. Kuşan pullarının üzəri yunan hərfləri ilə yazılmış, hət­ta Kad­fi­sin adı da yunan dilində həkk olunmuşdu. Bununla da I Kadfis özünün Yunan-Bak­triya çarlarının siyasi varisi olduğunu sübut etmək istəyirdi. Onun ye­ri­nə əsl adı Vima (51-78-ci illər) olan varisi gəldi. İşğalçı müharibələri davam et­di­rən Vima Kadfis Şərqi Türküstanın Qaşqar əyalətini, Hindistanın Benares əyalətinə qə­dərki ərazilərini zəbt edərək bu ölkədəki yunan çarlarının hakimiyyətinə son qoy­­du. Onun dövründə Quşan dövləti Mərkəzi Asiyanın əksər hissəsini, Əfqanıs­tan və Hindista­nın şimal ərazilərini əhatə edirdi. Vima Kadfis ölkənin paytaxtını Soqd­­da sax­la­maq­la atasının siyasətinə sadiqliyini ifadə etdi. Həmçinin onun döv­rün­­də zərb olunan pul­ların üzəri əvvəlki kimi yunan dilində yazılırdı. Zərb olunan pul­ların digər bir xü­susiyyəti üzərində Şiva allahlarının təsvirinin əksini tapması idi. Bu, Quşan cə­miy­yə­tinə Hindistandan yeni dini baxışların daxil olmasının gös­təri­cisi idi.

II Kadfisin ha­kimiyyət illəri həmçinin Quşan dövlətinin yüksəliş illəri hesab olunur. Bu dövr qu­şanların şimala və cənuba ekspansiyasının genişlənməsi ilə ya­na­şı, ölkədə suvarma əkin­çiliyinin inkişafı ilə də xarakterizə olunur. O, tica­rə­tin in­ki­şafına şərait ya­rat­maq­la yanaşı, paytaxt Soqdun başlıca ticarət mərkəzinə çe­vir­mə­si­nə çalışırdı.

3.2. Quşan dövləti Kanişka və onun varislərinin dövründə

Qu­­şan dövləti qızıl döv­­rünə “çarlar çarı” Kanişkanın (78-123-cü illər) ha­ki­miy­­­yə­ti il­lərində çat­dı. Çar Kanişkanın dövründə Quşan dövləti şimal və şərq is­ti­qa­mət­­­­lə­rin­də yürüş­lə­ri davam etdirdi. Nəticədə, Şərqi Türküstan və Xarəzmi zəbt edə­­rək şimal-qər­bi Hin­distandakı mövqelərini gücləndirdilər. Bu zaman dövlətin əra­­­zisi şimalda Xa­rəzm­dən başlayaraq cənubda Hind çayının mənsəbinədək uza­nır­­dı. Ka­nış­ka döv­lə­tin paytaxtını Soqddan şimal-qərbi Hindistana –Pişəvərə kö­çür­­­dü. Bu­nunla çar Ka­­nişka türk xalqları və dövlətləri tarixində növbəti bir ilkə im­za ata­raq Hin­distanın şimal-qərb ərazilərini ilk dəfə olaraq Quşan dövlətinə birləş­dir­di və burada türk ha­ki­miyyətini bərqərar etdi. Kanişka Hindistanın ilk türk mən­şə­li hökm­darı olaraq bu ölkənin tarixində önəmli bir rol oynadı. Digər tərəfdən, Kanq və Quşan döv­lə­t­lə­ri­­nin mənafe toqquşmalarına da son qoyuldu. Eyni zaman­da Qu­şan dövləti çar Ka­niş­­­ka tərəfindən dünya dövləti statusu da əldə etmiş oldu.

Quşan dövlətinin sürətli yüksəlişi qonşu Çinin narahatlığına səbəb oldu. Çar Ka­­nişkanın nüfuzundan qorxuya düşən Çin Quşan dövlətinə qarşı bütün gücünü sə­­­fər­­bər etdi. Kanişkanın hərbi planlarında Çinin Mərkəzi Asiya ilə həmsərhəd əya­­­­­l­ət­lə­­rinin işğalı ön planda dayanırdı. 90-cı ildə çar Kanişka bu məqsədlə 70 min­­­lik or­du­nu Türküstana yeritdi. Altay Məmmədov qeyd edir ki, hücum planı ət­raf­lı dü­­­şü­­­nül­mədiyindən Pamir dağlarını keçəndən sonra ordu ərzaqsız qalmış və Çin tə­­rə­fin­­­dən məğlubiyyətə uğradılmışdı.

Məğlubiyyətin əvəzini çıxmaq üçün Ka­niş­ka bu öl­kə­yə qarşı bəhanə ax­ta­rır­dı. Onun Çini idarə edən çariçaya evlənmək tək­li­fi üçün bu öl­­kə­yə göndərdiyi el­çi­lə­­rin sərkərdə Ban-Cao tərəfindən həbs edilməsi mü­haribənin başlanması üçün bə­ha­­nə oldu. Bununla Kanişka Çin taxtına yiyələn­mək istəyirdi. O, bu məqsədlə 60 min­­lik (Bahaəddin Ögəlin əsərində 70 min gös­tə­ri­­lir –T.C) qoşunla Şərqi Tür­küs­tan­­dan Çin ərazisinə daxil oldu. Müharibənin ilk mərhələsi Çinin üs­­­tün­­lüyü şə­­ra­i­tin­də keçdi. Məğlub olan Kanişka dağınıq halda olan ordusu ilə geri qa­yıtdı. Çin isə Şərqi Tür­küs­tanın çay vadilərində yerləşən şəhərlərini, Kan­­qı, Fər­qa­nənin bir his­­səsini işğal et­di. Kanişka ordusunu yenidən təşkil edərək Kanqı və Fərqanəni Çin işğalından azad etdi. 105-ci ildə Kanişkanın Şərqi Tür­küs­tan şə­hər­­ləri ilə apa­r­dı­­­ğı gizli da­nı­şıq­lar öz bəhrəsini verdi, bu şəhərlərin əksəriy­yə­ti Çin­dən ayrıldılar. Ka­­nişka ha­ki­miy­yətinin sonlarına yaxın Xotan, Qaşqar, Yar­kənd şə­hər­­lərini döv­lə­ti­­­nin tərkibinə qat­maqla Quşan dövlətinin əvvəlki qüdrətini bər­pa et­di.

Quşan dövləti Roma imperiyası ilə diplomatik əlaqə quran ilk türk dövləti ki­mi tarixə düşmüşdür. Çar Kanişka bu məqsədlə 99-cu ildə Romaya səfirlik gön­dər­miş­di. II əsrdə Roma şəhərində imperator Trayanın şərəfinə ucaldılmış sütunda baş­­­la­rında araxçın olan Quşan səfirlərinin təsvirləri əks olunmuşdur. Bununla Roma im­­­­­periyası Quşan dövlətinin böyük və qüdrətli dövlət olduğunu təsdiq edirdi. Bun­­dan başqa, Özbəkistanın Surxandərya vadisindən tapılmış Quşan dövlətinə məx­­­­sus 54-68-ci illəri əhatə edən maddi mədəniyyət nümunələri Roma ilə ticarət əla­qə­lə­ri­nin daha erkən qurulduğunu deməyə əsas verir. Quşan dövləti tərəfindən III-IV əsr­lər­də Romaya göndərilən səfirliklərin Baktriya səfirlikləri olduğunu iddia edən qərb ta­rixçiləri onların II əsrin I yarısından imperator Andrianın və Antonian Pininin döv­rün­­dən gəldiklərini qeyd edir. Kama çayı ətrafında Quşan pullarının ta­pıl­ması isə on­­ların Şərqi Avropa xalqları ilə əlaqələrini göstərir. Tədqiqatlar sü­but edir ki, Qu­şan çarlığı Parfiya və Çinlə mütəmadi müharibələr aparsa da, Roma im­pe­riyası ilə dost­luq münasibətlərini qoruyub saxlaya bilmişdir.

Kanişkanın varisləri Xuvişka (155-191) və Kasişkanın (191-232) ha­ki­miy­yə­ti illərində Quşan çar­lı­ğı Mərkəzi Asiya ilə əlaqələrini itirərək Hindistanın şimal-qərb əyalətlərindəki da­­yaq­larını möhkənləndirdilər. Mərkəzi Asiyanı isə bu çar­la­rın təyin etdikləri ca­ni­şin­lər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə tabe olmaq­dan boyun qa­çıraraq müs­tə­qilliyə can atırdılar. Tezliklə bir sıra əyalət hakimləri Qu­şan döv­lə­tin­dən ayrı­laraq müs­təqil oldular. Quşan dövlətindən ilk olaraq ay­rı­lan Xa­rəzm vi­la­yəti oldu. Artıq era­mızın III əsrində çox güman ki, Quşan dövləti tə­nəz­zül etmişdi. Çün­ki bəhs olu­nan dövrdə Hindistanın Quşan mənşəli çarları mər­kə­zi Soqda yer­lə­şən Quşan çarları ilə əlaqələrini tamamilə kəsmişdilər. Sasanilər Mar­giananı alaraq özü­nə birləşdirmiş və ora Quşan şah titulunu daşıyan vəliəhdini ha­kim təyin etmişdi.

III əsrin sonlarında Qu­şan dövləti Mərkəzi Asiyada, Aralətrafı ərazilərdə xi­onit, kidarit, eftalit və yaxud “ağ hunlar” adı altında birləşən xalqların təzyiqi nə­ti­cə­sində məhv oldular. Quşan-Ağ Hun münasibətləri əvvəlcə mehriban qon­şuluq mü­nasi­bətləri çərçivəsində in­ki­şaf etdi. Əlaqələrin inkişafını sürətləndirən başlıca amil ye­ni­cə yaranmış Sasani döv­lə­tinin Mərkəzi Asiyada apardığı işğalçılıq müha-ribələri ilə bağlı idi. Sasani şahı II Şa­pur Quşan-eftalit ittifaqını pozmaq məqsədilə xionları öz tərəfinə çəkməyə mü­vəf­fəq oldu. 357-ci ildə xionlarla sülh müqaviləsi bağlayan II Şapur onlardan Bi­zan­sa qarşı müharibələrdə müttəfiq kimi yararlana­caq­­dı. 359-cu ildə Amid dö­yü­şün­də xionlar Sasani ordusunun tərkibində Bizansa qar­­şı mü­bari­­zə aparmışdılar.

Quşanlar bir müddət Sasani asılılığında qaldıqdan sonra bütün qüvvələrini sə­­fər­bər edərək azad oldular. Quşanlardan hərbi dəstək alan xionlar çar Kidarın baş­­çı­lı­ğı ilə Şimali Hindistana hərbi səfər təşkil etdilər. O Şimali Hindistanın 5 əya­­lətini zəbt edərək oğlunu oraya hakim təyin etdi. IV əsrin 60-cı illərinin son­la­rın­da II Şapur iki dəfə Quşan çarlığına qarşı hərbi əməliyyat keçirsə də, hər dəfə­sin­də məğlub ola­raq geri çəkilməli olmuşdur. Qeyd edək ki, IV əsrdə Quşan döv­lə­ti Eftalit dövləti tə­rəfindən süquta uğradıldı. Bəhs olunan dövrdə Hindistanın şi­ma­lın­da quşanların he­gemonluğuna son qoyulmuş və onların torpaqlarında Qupta döv­ləti hakim ol­muş­dur.

V əsrin ortalarında Sasanilərin Şərqdə -Mərkəzi Asiyada işğalçılıq siya­sə­ti­nin ye­­ni mərhələsi başlandı. Sasani şahı II Yezdəgird (439-456) 442-ci ildə Mər­kə­zi Asi­­­­­­yada quşanlara qarşı hərbi səfərə yola düşdü. 449-cu ilə qədər uzanan mü­ha­ri­­­bə­nin nəticəsi olaraq kuşanlara məxsus bir sıra əyalətlər dağıdılaraq qarət edildi. II Yez­­­dəgird 450 və 454-cü illərdə quşanlar üzərinə hərbi yürüşlərini davam et­dir-di. La­­kin bu dəfəki yürüşlərin heç birində sasanilər uğur qazana bilmədilər. Qu­şan­lar hay­­lantürk hunlarının dəstəyi ilə Sasani ordusunu Mərkəzi Asiyadan qovub çı­xar­­­dı­­lar.

Sasani dövlətində taxta çıxan yeni şah Peroz/Firuz (456-484) hakimiyyətini möh­­­­­­­kəmləndirmək məqsədilə, ilk olaraq Mərkəzi Asiyanı işğal etmək qərarına gəl­di. Hiy­­­ləgərliyi ilə məşhurlaşan Peroz əvvəlcə quşanların və ağ hunların köməyi ilə taxt-taca namizəd olan qardaşı Hörmüzü öldürməklə hakimiyyətə yiyələndi. Daha son­­­ra, müttəfiqlərinə qarşı müharibəyə başlayaraq onları ağır məğlubiyyətə uğ­ra­dan Pe­­­roz nəticədə Quşan dövlətinin siyasi varlığına son qoydu. 510-cu ildə Quşan döv­­lə­­­tinin sərhədləri çərçivəsində yeni bir türk dövləti –Eftalitlər dövləti yarandı. Da­­ğı­nıq Quşan birliyinə isə so­nuncu zərbəni xionlar (yəni ağ hunlar) vurdular. Bu za­­man xi­onlar sonuncu Quşan ça­rı Kidarı (sonuncu çarın adı ilə bəzi mənbələrdə ku­şanlar “ki­darlar” və ya “ki­da­rit­”­lər də adlanırlar) ağır məğlubiyyətə uğradıb Hin­­distana qov­dular.

3.3. Quşan dövründə Böyük İpək yolu. Quşan mədəniyyəti

Aparılan aram­sız və uzunmüddətli müharibələr, tez-tez baş verən siyasi çev­ri­­lişlər nəticəsin­də qon­şu dövlətlərdən əldə edilən ucuz işçi qüvvəsi və hərbi əsirlər Mər­kəzi Asiya xalq­la­rı­nın həyatında mühüm dəyişikliklərə yol açdı. Beş əsr möv­cud­luğu dövrün­də hərbi qüd­rətini bir dəfə də olsun itirməyən və dövrünün ən qüd­rət­li imperiyala­rın­dan biri olan Quşan döv­lətində quldarlıq münasibətləri özünün ən yüksək inki­şaf zirvəsinə çatdı.

Quşan dövləti özünü ilahiləşdirərək “devaputra” (“Tanrının oğlu”) ad­lan­dı­ran­, “çar­lar çarı” tərəfindən idarə olunan mərkəzləşmiş dövlət idi. Dövlətin başçısı ge­­niş inzibati aparata malik idi. Dövlətin ərazisi canişinliklərə bölünürdü. Ca­ni­şin­lər şəhərləri idarə etməklə yanaşı, tələb olunduqda qoşun hissələrini toplanması­nı təş­­­kil edir, həm də vergilərin yığılmasına nəzarət edirdi.

Quşan imperiyasının sosial strukturunda başlıca yeri vergi ödəyənlərin kənd ic­­ması tuturdu. Quldarlara və iri mülkiyyətçilərə məxsus məbəd və qalaların (Ba­zar­­qa­la, Ayazqala, Govurqala, Torpaqqala) tikintisində, eyni zamanda süni suvar­ma ka­nal­larının çəkilməsində, təsərrüfatlarda qul əməyindən geniş surətdə istifadə olu­­nur­du. Qul əməyi həmçinin, Quşan dövlətində əsas istismar forması idi. Əyan­la­rın malikanəsi gözəlliyi və iri həcminə görə digərlərindən fərqlənirdi. Şəhərlərdə əha­linin yaşadığı məhəllədə çarın saray qəsri (Torpaqqala abidəsi) yerləşirdi. III əs­rə aid Torpaqqala abidəsinin divarları monumental fiqurlarla bəzədilmişdi. Mə­bə­­­din şimal hissəsində zərdüştlüyə aid məbəd və bazar meydanı yerləşirdi.

Quşan dövləti qonşu ölkələrlə, ələlxüsus da Çinlə geniş ticarət əlaqələrinə ma­­­lik idi. Ticarət əlaqələrinin inkişafı nəticəsində bu ölkənin Tərməz, Səmərqənd və Xa­rəzm kimi ş­ə­hər­­ləri iri ticarət mərkəzlərinə çevrildilər. Çinlə və Roma ilə apa­rılan ti­carət əlaqələri e. ə. II əsrdə əsası qoyulmuş “Böyük İpək Yolu” vasitəsilə hə­yata ke­çirilirdi və bu yolla bö­yük gəlirlər əldə edilirdi. İpək yolu Çindən Hin­dista­na, ora­dan Türküstana keçmək şərti ilə Sasani və Suriya ölkələri vasitəsilə Roma im­­pe­ri­ya­sına uzanırdı. Şərqi Tür­küs­tan­dan ayrılan bir qol Xarəzm vasitəsilə Aral-Ural arası əra­zidə alanların ölkəsinə, ora­dan da Şərqi Avropaya uzanırdı. Bu yol vasitəsilə Qu­şan imperiyasına əsas eti­ba­rilə Çin ipəyi və çini qablar gətirilirdi.

Bəşər tarixində ilk ticarət və diplomatiya yolu kimi qiymətləndirilən “Böyük İpək Yolu”nun açılması Xan sülaləsinin hökmdarı U-dinin (e. ə. 140-87/86) fəa­liy­yə­­ti ilə bağlıdır. İlk də­­fə e. ə. 138-ci ildə o dövrün ən qüdrətli imperiyalarından olan Quşanda olmuş çinli el­­­çi Hindistan, Mərkəzi Asiya dövlətləri və bu döv­lət­lə­rin əra­zi­lərindən keçən ti­ca­rət yolları haqqında məlumat vermişdir. Çin imperiyası­na tez-tez hücum edən hun­la­­­­­ra qarşı müttəfiq tapmaq məqsədilə Quşana ticarət kar­va­nı –sə­firlik gön­də­ril­miş­dir. Elə bu zamandan etibarən Çindən qərbdə yerləşən döv­lət­lərin ərazisinə ticarət karvanları yola düşmüşdür. Britaniya adalarından tut­muş Sakit oke­an sahillə­ri­nə­dək olan ərazilərdə məskunlaşmış bütün xalqlar və döv­lət­­lər qədim dün­ya siyasi sis­­te­mi­­nin halqaları olan 4 qüdrətli imperiyanın –Roma, Par­fiya, Quşan və Çinin tabeliyi al­­tında olmuşdur. Çin malları, xüsusilə ipəyi xa­ri­ci bazarlara yol tap­­mış­dı. Çin­dən ix­rac olunan əsas mal ipək olduğu üçün bu yol “İpək Yolu” ad­lan­ma­ğa baş­­lanmışdı.

Məlumat üçün qeyd edək ki, “Böyük İpək Yolu”nu ilk dəfə II yüzilliyin ta­­nın­­­­mış coğrafiyaçısı və astronomu Klavdi Ptolomey (70-147) müasiri olduğu coğ­ra­­­­­fiyaçı Marin və Makedoniyalı səyyah Mayesə əsaslanaraq təsvir etmişdir. Onun ver­­­­diyi məlumata görə, İpək yolu ənənəvi marşrut üzrə Fərat çayından Çində Alay va­­­­­disində yerləşən daş qülləyə qədər uzanırdı. Daha dəqiq desək, “Böyük İpək Yo­lu” Şərqi Çindən baş­layıb Pamirə qədər uzanır, oradan Fərqanəyə keçərək şimal və cə­­­nub qollarına ay­rılırdı. Cənub qolu Hindistanın Lahor şəhərindən bu ölkənin içə­ri­­­­lərinə doğru, Şi­mal qolu isə Qazaxıstan çöllərinə, oradan Aral ətrafı ərazilərə uza­­nır­­dı. Qərbə gedən yol Parfiya ərazisindən keçərək Mesopotamiyada və Suriya­nın şi­­malında iki qola –şimal və cənub yollarına ay­rılırdı. Şimal yolu Konstan­ti­no­po­la və oradan da Avropaya, cənub yolu isə Su­ri­ya­dan Aralıq dənizinin cənubun­dakı öl­kə­­lərə doğru uzanırdı. Qeyd edək ki, Çindən gə­lən ipək yolu üzərindəki ən bö­yük da­­­ya­na­caq Paykənd şəhərində idi. Tacirlər buradan əv­vəlcə Xorasana, ora­dan Rey vi­­­la­yə­ti­nə, daha sonra Suriyaya, oradan da Aralıq də­ni­zi hövzəsi ölkələ­ri­nə ge­dir­di­lər.

E. ə. II əsrdən başlayaraq ipək yolunun ən intensiv magistrallarından biri Azər­­­­­­baycandan keçirdi. Bu yol Çin və Hindistandan başlayır, Quşan ərazilərindən ke­­çib Xəzər dənizinə çataraq Azərbaycan ərazilərində davam edib, burada iki qola ay­­rılaraq biri Kür çayı boyunca yuxarı İberiya və Kolxida istiqamətində, ikincisi isə şi­­mala burularaq Xəzərin qərb sahili boyunca Dərbənddən və Qafqazətəyi dü­zən­lik­lər­­dən keçib Qara dəniz ətrafının şimalındakı yunan koloniyalarına aparırdı.

Çin ipəyinin quşanlara qədərki xarici bazarlardakı əsas vasitəçiləri qismində soq­­­diyalılar və par­fi­­yalılar çıxış edirdilər. ABŞ türkoloqu P.Qolden bu barədə ya­zır ki, quşanlar parfiyalıları vasitəçilikdən məhrum edərək Hind limanlarından Ro­ma şəhərinə ipək daşıyırdılar. Ural bölgəsinin kürkləri, qiymətli daş-qaşlar, qərb məh­sul­ları Quşan ərazisindən və ya onların nəzarətindəki bölgələrdən keçərək Çinə apa­­rılırdı. Çinə gələn ticarət karvanlarına dövlət səviyyəsində yüksək qiy­­mət ve­ril­di­­yi üçün onlar “səfirlik” adlandırılırdı. Belə səfirliklər bir neçə yüz nə­fər­­lik qrup ha­­lında olurdu və onlar yollarda ən azı 1 il, ən çoxu isə 8-10 il vaxt iti­rir­di­lər. Çin­dən hər il qərbə ən çoxu 10, ən azı isə 5 və ya 6 karvan göndərilirdi.

Quşan dövlətinin digər dövlətlərlə mədəni əlaqələri də yüksək səviyyədə in­ki­şaf et­­­­mişdi. Kiyev, Skandinaviya, Kama və Ural boyunda quşanlara məxsus pul­lar aş­­­­kara çıxarılmışdır. Arami əlifbası əsasında yaranmış Soqdiya, Xarəzm ya­zı­ları pul­­­­ların, möhürlərin, sənədlərin üzərində həkk olunurdu. Dövlətin sərhədləri da­­xi­lin­­də işlədilən əsas dillər İran dil qrupuna daxil olan dillərdən ibarət idi. Bura­da e. ə. III əsrə aid ən qədim Xarəzm yazısı ilə yanaşı, e. ə. I əsrə aid Soqd əlifba­sın­dan geniş is­tifadə olunmuşdur. Habelə, Hindistanda yayılmış və Quşan cəmiyyə­­­­­ti tərə­fin­­dən mə­nimsənilmiş karoşti yazı nümunələri ilə yanaşı, yunan əlifbası əsa­­­sında tər­­tib olun­muş Quşan yazısından da istifadə olunurdu.

Çar Kanişkanın pulları üzərində Hind, Ellin allah adları və təs­vir­­lərinin ol­ma­sı bu ölkələrlə mədəni və dini əlaqələrin mövcudluğundan xəbər ve­rir­­di. Quşan döv­lə­tin­də müxtəlif dinlərin nümayənədləri yaşayırdı. Həmçinin Mər­kə­­zi Asiyanın bu qüd­rətli türk dövlətində dini tolerantlıq ən yüksək səviyyədə qo­ru­nub saxlanılır­dı. Burada türklərin ənənəvi dini inanc sistemi olan tenqrizmlə yanaşı zər­­düştlük və ma­niheyizm cərəyanları, həm­çinin buddizm geniş surətdə yayılmışdı. İm­­­periya­nın Əfqanıstan və Hindis­tan­da­kı əyalətlərində daha çox buddizm dini ha­kim möv­qeyə malik idi. Çar Kanişka 100-cü ildə bütpərəstlərin kilsə məclisini ke­çir­­­­miş və bu­­rada Çində, Tibetdə və Monqolustanda rəsmiləşən şimal büt­pə­rəs­tli­yi­nin əsas eh­­­kamları qəbul edilmişdir. Arxeoloji qazıntılar nəticəsində məlum ol­muş­dur ki, büt­pərəstlik Hindistanda yaranmış olsa da, az miqdarda Mərkəzi Asiyada, Xarəzm­də və Soqdda yayılmışdı. Maraqlıdır ki, Quşan çarlarının özləri buddizm di­­ninə eti­­­­­­qad edirdilər. On­la­rın məqsədi tabe edilmiş xalqlar arasında ideoloji birlik ya­rat­­maq idi. Lakin bud­dizm dini xalq arasında, xüsusilə türk tayfalarında geniş ya­yıl­­­ma­­­sa da, kuşanlar hind mədəniyyətinin Mərkəzi Asiyada yayılmasında maraqlı idi­­lər.

Quşan çarları­­ dünya mədəniyyətinə bir sıra tövhələr verməklə yanaşı, yeni şə­hər­­lərin salınmasına, suvarma əkinçiliyinin inkişafına daha çox diqqət ayırırdılar. Bu zaman quşanların Mərhəmət, Şurabaşat, Dun-Bulak, Qarasu və digər şəhərləri böl­­gənin başlıca ticarət və sənətkarlıq mərkəzlərinə çevrilməkdə idi. Bununla ya­­na­­şı, Quşan dövrünə aid çoxlu sayda şəhər tipli yaşayış məskənlərinin qalıqları da ta­­­pılmışdır. Bu şəhərlərdə metal və dulusçuluq məhəllələri aşkara çıxarılmışdır. Qa­­­la­­təpə adlı yer­­də eranın ilk əsrlərində Quşan imperiyasına aid maddi-mədəniy­yət nü­­munələri aş­kar olunmuşdur. Xarəzmdə Quşan mədəniyyətinə xas olan gildən dü­­zəl­­dilmiş müx­təlif fiqurlara rast gəlinir ki, bunlardan ən əhəmiyyətlisi Anahit al­la­hı­­nın çılpaq qa­dın şəklində düzəldilmiş fiqurudur. Göründüyü kimi, yerli adət və ənə­­nə­lə­rin əsa­sın­da formalaşmış Quşan mədəniyyəti digər xalqların mədəni hə­ya­tı­nın yük­səlişində mi­silsiz rol oynamışdır.


MANŞET XƏBƏRLƏRİ