Hakan Fidan ABŞ-ın xüsusi nümayəndəsi Tom Barakla görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri, eyni zamanda Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barakla görüş keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, görüş bu gün Ankarada baş tutub. Tərəflər ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşün məzmunu ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ