Zelenski: "İngiltərə Ukraynaya elektron müharibə texnologiyalarını verəcək"


Böyük Britaniya Ukraynanın pilotsuz uçuş aparatlarını (PUA) qorumaq məqsədilə ölkəyə elektron müharibə texnologiyaları təqdim edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə keçirdiyi ilk görüşdən sonra Facebook hesabında paylaşım edib.

Zelenskinin sözlərinə görə, görüş Portsmut şəhərində yerləşən Kral Hərbi Dəniz Qüvvələrinin HMS Queen Elizabeth təyyarədaşıyan gəmisində baş tutub.

Ukrayna lideri bildirib ki, Britaniyaya bu səfər Endi Börnhemin baş nazir kimi vəzifəyə başlamasından sonra Ukrayna nümayəndə heyətinin ilk rəsmi səfəridir.

Zelenski qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalacaq və Baş nazir Börnhem bunu görüş zamanı bir daha təsdiqləyib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ