Tramp: Türkiyə əla müttəfiqdir, bizə heç kim göstəriş verə bilməz!


ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki o, Türkiyəni ABŞ-ın "əla müttəfiqi" adlandıraraq, Ankaraya hansı silahların satılıb-satılmayacağına kənar qüvvələrin qərar verə bilməyəcəyini bildirib.

Tramp çıxışı zamanı deyib:

"Türkiyə əla müttəfiqdir. Heç kim bizə Türkiyəyə nə satmalı, nəyi satmamalı olduğumuzu deyə bilməz."

ABŞ Prezidenti İranla bağlı da danışaraq, diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun hərbi variantı da nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

"Əgər İranla danışıqlar uğursuz olarsa, güclü hərbi əməliyyata hazırıq", – deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ