Putin: Qələbə üçün hər şeyi edəcəyik


Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə qarşıya qoyulan məqsədlərə mütləq nail olacaqlarını və qələbə üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Putin bu fikirləri sentyabr ayında keçiriləcək seçkilər ərəfəsində Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının yaz sessiyasının bağlanması münasibətilə Kremldə deputatlar qarşısında çıxışı zamanı səsləndirib.

Rusiya lideri son dörd ildə yaşanan çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatının inkişafını davam etdirdiyini iddia edib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı hazırda Çin, ABŞ və Hindistandan sonra dünyanın dördüncü, Avropanın isə ən böyük iqtisadiyyatıdır. Putin həmçinin Rusiyanın iqtisadi artım tempinin Avropa İttifaqını üstələdiyini söyləyib.

Putin bildirib ki, iqtisadiyyatda müəyyən risklər, o cümlədən inflyasiyanın artması təhlükəsi qalmaqdadır.

"Əlbəttə, daha böyük nəticələr görmək istərdik. Bununla belə, inflyasiyanın yüksəlməsi və onun yaratdığı nəticələr kimi risklər də mövcuddur. Ancaq həyata keçirilən siyasətin mühüm üstünlükləri var", – deyə, o qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ