Kolumbiyanın yeni seçilmiş Prezidenti Abelardo de la Espriella ölkənin xarici siyasətində ciddi dəyişikliklərə gedəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, Qüdsdəki diplomatik nümayəndəliyin yenidən açılacağını, Fələstin ərazilərində səfirlik yaradılması planının isə ləğv ediləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, avqustun 7-də vəzifəsinin icrasına başlayacaq Espriella bu barədə sosial media hesabında paylaşım edib.
Yeni prezident bildirib ki, onun administrasiyası Kuba və Nikaraqua ilə diplomatik münasibətləri dayandıracaq.
"Mənim hökumətimin tiraniya ilə heç bir əlaqəsi olmayacaq", – deyə Espriella vurğulayıb.
O, həmçinin xaricdə fəaliyyət göstərən 15 konsulluğun və 14 səfirliyin bağlanacağını açıqlayıb. Espriellanın sözlərinə görə, bu addımlar yeni hökumətin xarici siyasət prioritetləri çərçivəsində atılacaq.
Aytən Yaşar/ Turkustan.az