İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə İran da daxil olmaqla, gündəmdə olan bütün mühüm məsələlərin müzakirə ediləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Netanyahu bu barədə həftəlik Nazirlər Kabinetinin iclasının əvvəlində çıxışı zamanı danışıb. O, həm işğal altındakı İordan çayının qərb sahilindəki (Qərb Şəriyə) vəziyyətə, həm də qarşıdakı ABŞ səfərinə toxunub.
Baş nazir bildirib ki, ABŞ-da vəfat edən senator Lindsi Qrahamın dəfn mərasimində iştirak edəcək. Netanyahu Qrahamı "İsrail dövlətinin yaranmasından bəri ölkənin ən böyük dostlarından biri" kimi xarakterizə edib.
ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla görüşəcəyini deyən Netanyahu vurğulayıb ki, tərəflər İranla bağlı vəziyyət də daxil olmaqla, gündəmdə qalan bütün həllini gözləyən məsələləri müzakirə edəcəklər.
Aytən Yaşar/ Turkustan.az