Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodundan havaya qalxan qara tüstü sakinlər arasında təşvişə səbəb olub.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ərazi üzərində qalın tüstü qatı və alışma müşahidə olunur.
Bir çox vətəndaşlar hadisənin ekoloji fəsadlara səbəb ola biləcəyini deyərək narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı “Azərikimya” İB-nin SƏTƏM şöbəsinin mühəndisi “Bakupost”a bildirib ki, bu hal qəza vəziyyətində zavodun dayanması ilə əlaqədardır:
“Bu, yanğın deyil, texniki prosesdir. Məşəl qurğusunda şam başlıqlarının yanması baş verir. Bu isə qəza vəziyyətində açılmalara səbəb olur. Hazırda araşdırma aparılır. Araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Proses hələ tam dayandırılmayıb”.