yulun 31-də “Phigaro Gallery”də görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının 50 illik yubileyinə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgisi keçiriləcək.
Sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq.
“Əsl sənət öz mövzusuyla, ifadə etdiyi anlamla həmişə zamanın fövqündə dayanmalı, yüzillər boyunca ucalığını qorumalıdır. Bu sərgidə də başlıca mövzum insan və onun dünyada, həyatdakı yeridir” - deyə rəssam bildirib.
Qeyd edək ki, S.Soltanlı 30 ildir ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərlərilə təmsil edir. Çoxlu beynəlxalq mükafatlar qazanan rəssamın əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalar da saxlanır.
Sərgi avqustun 8-dək davam edəcək.
