Yaponiya "ikinci paytaxt" yaratmağa hazırlaşır


Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası təbii fəlakətlər və fövqəladə hallar zamanı dövlət idarəçiliyinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə ehtiyat "ikinci paytaxt"ın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Turkustan.az xəbər verir ki, Kyodo News-un məlumatına görə, qanun layihəsi hakim Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən təqdim olunub.

Sənədə əsasən, baş nazir əhali sayı, iqtisadi potensial və digər meyarlar nəzərə alınmaqla qubernatorluqların müraciətləri arasından ehtiyat paytaxt kimi istifadə ediləcək bölgəni müəyyənləşdirə biləcək.

Qanun layihəsində namizəd bölgələrin Tokio ilə eyni təbii fəlakət risklərinə məruz qalmamasına xüsusi diqqət yetirilir. Məqsəd mümkün fövqəladə vəziyyətlər zamanı ölkənin əsas dövlət funksiyalarının fasiləsiz fəaliyyətini təmin etməkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ