ABŞ Prezidenti Donald Trampın İranla münaqişəyə mümkün qədər tez son qoymağa çalışdığı və bu məqsədlə üç əsas ssenarini nəzərdən keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bunlar hərbi əməliyyatların genişləndirilməsi, iqtisadi təzyiqin artırılması və qələbə elan edərək münaqişədən çıxmaqdır.
Bu barədə The New York Times ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, son həftələrdə Tramp getdikcə daha çox uzanan müharibənin yaratdığı siyasi yükü hiss edir və prezidentliyinin çıxış yolu çətin görünən bir münaqişənin kölgəsində qaldığını anlayır.
Məqalədə qeyd olunur ki, beş aydır davam edən qarşıdurmada ABŞ-ın İrana qarşı hərbi üstünlüyünə baxmayaraq, Vaşinqton hələ də əsas əməliyyat məqsədlərinə nail ola bilməyib. Eyni zamanda, həm ABŞ ictimaiyyətində, həm də beynəlxalq aləmdə müharibənin uzanması ilə bağlı narazılıq artır ki, bu da Ağ Ev üçün əlavə təzyiq yaradır.
Qəzetin mənbələrinin sözlərinə görə, Tramp hazırda üç əsas variant arasında seçim edir: hərbi eskalasiyanı gücləndirmək, İrana qarşı iqtisadi təzyiqləri sərtləşdirmək və ya qələbə elan edərək münaqişədən çıxmaq.
Aytən Yaşar/ Turkustan.az