Ben-Qvirdən Trampa sərt sözlər: İran məsələsində çox sadəlövhdür


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampı İran siyasətinə görə sərt tənqid edərək, onu "son dərəcə sadəlövh" adlandırıb.

Turkustan.az xəbər verir ki, Ben-Qvir bu fikirləri "Yedioth Ahronot" qəzeti və İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) birgə təşkil etdiyi Milli Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib.

Yəhudi Gücü Partiyasının lideri olan Ben-Qvir bildirib ki, İrana qarşı daha sərt addımlar atılmalıdır.

"Ümid edirəm ki, Prezident Donald Trampı bu sadəlövhlükdən daşındırmaq mümkün olacaq. O, iş adamıdır və İran məsələsində son dərəcə sadəlövhdür", – deyə, Ben-Qvir bildirib.

İsrailli nazir həmçinin İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə çağıraraq deyib:

"Onlarla diplomatiyaya yer yoxdur, danışacaq heç nə yoxdur. İrana qarşı güc tətbiq edilməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ