Tramp: Dünyada hər kəsdən daha çox sursatımız var


ABŞ Prezidenti Donald Tramp ölkəsinin sursat ehtiyatlarının tükənməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, ABŞ ordusunun ehtiyaclarını qarşılamaq üçün kifayət qədər hərbi sursatı var.

Tramp bu açıqlamanı ABŞ ordusunun tutucu raket ehtiyatının azalacağı ilə bağlı xəbərdarlıqlar səbəbindən İrana qarşı genişmiqyaslı hücumları təxirə saldığı iddialarına cavab olaraq verib.

Wall Street Journal qəzetinə müsahibəsində danışan Tramp deyib:

"Dünyada hamıdan daha çox və ehtiyac duyduğumuzdan da artıq sursatımız var".

ABŞ Prezidenti bununla ordunun sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ