İyulun 24-də Kiyev vilayətində keçirilən silah sərgisinə Rusiyanın endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Facebook səhifəsində məlumat yayıb.
Məlumata görə, Ukrayna vətəndaşı və Malta Ordeninin diplomatı olan 66 yaşlı kişi aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada vəfat edib.
Bununla da Rusiyanın hücumu nəticəsində həyatını itirənlərin sayı 11 nəfərə çatıb.
Aytən Yaşar/ Turkustan.az