MHP sədri Dövlət Baxçalı CHP ilə Özgür Özəlin rəhbərliyi altında yaradılan yeni partiya arasında davam edən siyasi gərginliklə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, bu müzakirələr Türkiyənin əsas problemlərini kölgədə qoymamalıdır.
Baxçalı müxalifət daxilindəki hakimiyyət mübarizəsinə toxunaraq deyib:
"Bu gün edilməli olan əsas məsələ CHP ilə yeni partiya arasındakı mübahisələrin Türkiyənin əsas gündəm mövzusuna çevrilməsinin qarşısını almaqdır".
MHP lideri həm Kamal Kılıçdaroğlu, həm də Özgür Özel barədə diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Kılıçdaroğlunun hüquqlarına qanun çərçivəsində hörmət edildiyi kimi, Özgür Özəlin də siyasi təcrübəsinə və mövqeyinə eyni hörmət göstərilməlidir.
Baxçalı əlavə edib:
"Biz Özgür Özəlin siyasi nüfuzunun gündəlik mübahisələr fonunda zədələnməsini və ya CHP ilə yeni partiya arasında davam edən hakimiyyət mübarizəsinin hədəfinə çevrilməsini istəmirik".
Aytən Yaşar/ Turkustan.az