Türkiyə 4 avqust 2026-cı il tarixindən etibarən Ukraynadan idxal olunan bitki və bitkiçilik məhsullarına, xüsusilə də buğdaya tətbiq edilən fitosanitar nəzarəti gücləndirəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, nəzarətin sərtləşdirilməsi Türkiyə tərəfinin əvvəlki Karantin Qaydalarını əvəz edən yeni Bitki Karantini Qaydalarını qəbul etməsi ilə əlaqədardır.
Bildirilib ki, buğda Tilletia barclayana, Tilletia indica, Tilletia caries, Tilletia controversa və Tilletia laevis (Tilletia foetida sinonimi) kimi zərərli orqanizmlər üçün həssas məhsul hesab olunur. Bu səbəbdən Türkiyə Ukraynadan gətirilən buğda partiyalarında həmin patogenlərin aşkarlanmasına yönəlmiş fitosanitar yoxlamaları gücləndirəcək.
Aytən Yaşar/ Turkustan.az