Rusiya Müdafiə Nazirliyi Qərbi Ukraynada Avropa ölkələrindən hərbi yüklərin daşınmasında istifadə olunan dəmir yolu infrastrukturu obyektlərinə hücumların davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada ordunun gün ərzində Ukraynadakı müxtəlif hədəflərə zərbələr endirdiyi bildirilib.
Qeyd olunub ki, Odessa şəhəri və vilayətində hərbi texnikanın saxlanması və paylanması üçün istifadə olunan logistika mərkəzləri, həmçinin dron istehsalı emalatxanası hədəfə alınıb.
Nazirlik Odessa limanında limanın fəaliyyətini təmin edən hərbi yük gəmilərinə və transformator yarımstansiyalarına da zərbələr endirildiyini bildirib.
Açıqlamada, həmçinin Qərbi Ukraynada Avropa ölkələrindən hərbi yüklərin daşınmasında istifadə olunan dəmir yolu infrastrukturu elementlərinə qarşı hücumların davam etdiyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az