Suriya Prezidenti Əhməd Şara Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə-Suriya münasibətlərinin inkişafı, regional proseslər, eləcə də təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində koordinasiyanın davam etdirilməsi müzakirə olunub.
Hakan Fidan Suriyaya diplomatik səfəri çərçivəsində ölkənin xarici işlər naziri Əsəd Şeybani ilə də görüşüb. Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Şeybani Suriyanın artıq qərarlarını institusional və müstəqil şəkildə verdiyini bildirib. O, Türkiyənin Suriyaya münasibətindən məmnunluğunu ifadə edərək, Ankara ilə Dəməşq arasında əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.
Suriya xarici işlər naziri qeyd edib ki, Türkiyə vətəndaş müharibəsi dövründə Suriya xalqının yanında olub.
Şeybani Suriyanın sülh şəraitində yaşamaq istədiyini, lakin İsrailin buna imkan vermədiyini bildirib. O, İsrailin hərbi hava limanına endirdiyi zərbəni buna nümunə göstərərək deyib:
Hakan Fidan isə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Suriyaya səfər edəcək.
Aytən Yaşar/ Turkustan.az