İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə toxunaraq Əbu-Dabi ilə yeni mərhələyə keçmək barədə razılıq əldə etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Pezeşkian bunu 18-ci BRICS Liderlər Zirvəsində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfəri çərçivəsində Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü barədə açıqlamasında deyib.
İran prezidenti vəliəhdlə regional və beynəlxalq məsələlər, eləcə də mövcud vəziyyət barədə müzakirələr apardıqlarını bildirib.
“Əbu-Dabinin vəliəhdi ilə keçmişi geridə qoyub gələcəyə baxmaq və gələcəyi birlikdə necə qura biləcəyimiz barədə razılığa gəldik”, - Pezeşkian deyib.
Görüşdə, həmçinin bölgədə gərginliyin azaldılması və sabitliyin təmin olunmasına yönəlmiş səylərin dəstəklənməsinin vacibliyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az