Suriya türk dilinin fənn kimi tədris olunması ideyasını dəstəkləyib.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd əş-Şeybani ilə birgə mətbuat konfransında bildirib.
O, qeyd edib ki, son iki il ərzində Ankara və Dəməşq arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə sürətlənib.
Onun sözlərinə görə, Suriyada ölkənin bütün sakinlərinin bərabər hüquqlu vətəndaşlığını təmin etmək, dini və ya etnik mənsubiyyətinə görə təqiblərə məruz qalmadan öz şəxsiyyətini sərbəst ifadə etmək imkanına zəmanət vermək vacibdir./Bizim.Media