Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsi və ətraf ərazilərdə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1003-ə çatıb.
Turkustan.az xəbər verir ki, fəlakət bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının yaydığı məlumata görə, müxtəlif bölgələrdə daşqınlar nəticəsində 1003 nəfər həyatını itirib.
Bəyanatda 3916 nəfərin, o cümlədən 583 xarici vətəndaşın itkin düşdüyü bildirilir. İtkinlərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
Əməliyyatlara 21 314 təhlükəsizlik əməkdaşı cəlb olunub. Daşqından zərər çəkən ərazilərə humanitar yardım və zəruri ləvazimatlar göndərilir.
Çinin Tibet Muxtar Bölgəsində də Nepalda baş verən daşqınların təsirləri nəticəsində 16 nəfərin öldüyü bildirilib.
Daşqınlar avqustun 26-da Nepalın Rasuva bölgəsində başlayıb. Təbii fəlakət nəticəsində çox sayda körpü dağılıb, yollar zədələnib. Axtarış-xilasetmə əməliyyatlarına helikopterlər də cəlb olunub.
Hava görüntülərində daşqınların bölgədə yaratdığı genişmiqyaslı dağıntılar əks olunub.
AYtən Yaşar/ Turkustan.az