Almaniya hökuməti Rusiyaya qarşı yeni tədbirlər çərçivəsində Bonndakı Rusiya Konsulluğunun və Moskvadakı Rus Evinin bağlanması barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərarın iki ölkə arasında artan gərginlik fonunda qəbul edildiyi bildirilir.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful birgə mətbuat konfransında Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş dronun aşkarlanması ilə bağlı istintaqın nəticələrini açıqlayıblar.
Dobrindt bildirib ki, avqustun 4-də hava limanına partlayıcı maddələrlə yüklənmiş dronla həyata keçirilməsi planlaşdırılan hücum Rusiyanın göstərişi ilə təşkil olunub.
Almaniya tərəfi hadisə ilə bağlı əldə olunan nəticələrin Rusiyanın məsuliyyət daşıdığını göstərdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az