Si Cinpin Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi


Çin Ukrayna məsələsi də daxil olmaqla beynəlxalq və regional problemlərin siyasi yolla həllini təşviq etməyə hazır olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Çin Prezidenti Si Cinpin bu barədə sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Si Cinpin qeyd edib ki, Çin Ukrayna, Yaxın Şərq, Əfqanıstan və digər beynəlxalq və regional məsələlər üzrə bütün tərəflərlə əlaqə və koordinasiyanı gücləndirməyə hazırdır.

“Çin bütün tərəflərlə ünsiyyəti və koordinasiyanı gücləndirməyə, problemlərin həm əlamətləri, həm də kök səbəbləri ilə mübarizəni davam etdirməyə və siyasi həlli təşviq etməyə hazırdır”, – Si Cinpin deyib.

Çin lideri həmçinin regional və qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində birgə səylərə daha çox ölkənin qoşulmasına çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ