Rusiya ilə Ermənistan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq davam edir və Moskva üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Turkustan.az xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Andrey Nikitin Ermənistanın Rusiya ilə tərəfdaşlıqdan mümkün imtinası ilə bağlı suala cavabında bildirib. O bildirib ki, İrəvan formal olaraq əməkdaşlıqdan imtina etməyib.
“Onlar daim nəsə bəyan edirlər, amma bununla yanaşı, heç bir imtina yoxdur - biz necə işləyirdiksə, elə də işləyirik”, - deyə Nikitin bildirib.
Arazdəyən-Naxçıvan sərhədi dəmir yolu və Gümrü-Axurik-Türkiyə sərhədi dəmir yolu Ermənistanın dəmir yolu sistemi 2008-ci ildən Rusiya Dəmir Yollarının (RJD) 100 faiz törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya idarəçiliyindədir. Müqavilə 30 illikdir və daha 10 il uzadılma imkanı var.
Ermənistan Baş naziri Nikol Paşinyan son dövrlər Rusiya tərəfinə konsessiya hüquqlarının başqa, həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü ölkəyə tam və ya qismən satılmasını təklif edir. O, bunu Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasına maneələrin aradan qaldırılması ilə əlaqələndirib.
Bununla belə, Rusiya tərəfinin açıqlaması dəmir yolu nəqliyyatı sahəsində praktiki əməkdaşlığın davam etdiyini göstərir./modern.az