Dünya liderlərinin xanımları Bişkekdə bir araya gəldi


Dünya liderlərinin xanımları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən xüsusi proqram çərçivəsində bir araya gəlib.

Turkustan.az xəbər verir ki, xanım liderlər Qırğızıstan Prezidenti Sadır Japarovun həyat yoldaşı Aygül Japarovanın dəvəti ilə təşkil olunan tədbirdə iştirak edib.

Ala-Arça Enesai Dövlət Qonaq Evində keçirilən proqramda Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Çin Prezidenti Si Cinpinin həyat yoldaşı Pen Liyuan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyat yoldaşı Ziroat Mirziyoyeva da iştirak ediblər.

Qonaqları Aygül Japarova qarşılayıb.

Görüş Dünya Köçəri Oyunlarının açılış mərasimi və Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Toplantısı çərçivəsində Bişkekdə təşkil olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ