Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə üçtərəfli qeyri-rəsmi görüş keçirib.
Turkustan.az xəbər verir ki, Türkiyə, Rusiya və Belarus liderləri görüş zamanı regiondakı son hadisələri, Türkiyənin ŞƏT-ə qoşulması prosesini və atəşkəs danışıqlarını müzakirə ediblər.
Rusiya tərəfinin açıqlamasına görə, görüşdə regional sabitlik və sülhlə bağlı strateji məsələlər də müzakirə olunub.
Aytən Yaşar/ Turkustan.az