Polşa Almaniyadan təzminat tələb edir


Polşa Prezidenti Karol Navrotski İkinci Dünya Müharibəsində ölkəsinin itkilərinə görə Almaniyadan təzminat tələbini yenidən gündəmə gətirib və Berlində müharibənin polyak qurbanlarına həsr olunmuş abidənin olmamasını tənqid edib.

Turkustan.az xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, İkinci Dünya Müharibəsinin başlamasının 87-ci ildönümü ilə əlaqədar Qdansk şəhərindəki Vesterplatte yarımadasında anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Navrotski müharibə zamanı təxminən 6 milyon Polşa vətəndaşının öldüyünü, onların təxminən 90 faizinin mülki şəxslər olduğunu bildirib.

Polşa Prezidenti Almaniya kanslerini və alman xalqını müharibədən sonra təzminat və kompensasiya məsələsini “tarixi ədalət hissi və gələcəyə yönəlmiş düşüncə” ilə həll etməyə çağırıb.

“Əsl, güclü və müttəfiq Polşa Berlindəki müttəfiqlərimizdən və qonşularımızdan bizə təzminat ödəmələrini tələb edir”, – Navrotski deyib.

O, həmçinin Berlində İkinci Dünya Müharibəsində həlak olan polyakların xatirəsinə xüsusi abidənin olmamasını qəbuledilməz hesab etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ