Moskva Ermənistanın daxili işlərinə müdaxilə etmir, lakin ölkədə baş verən hadisələrə biganə qala bilməz.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini şərh edərkən bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya Ermənistanı qardaş ölkə hesab edir və iki dövlətin xalqlarını çoxəsrlik münasibətlər birləşdirir.
Bununla yanaşı, diplomat Moskvanın qiymətləndirməsinə görə, Rusiya ilə müttəfiqlik münasibətlərinin tərəfdarı olan “qüvvə və şəxslərə qarşı repressiyaların” davam etdiyini bildirib.
O həmçinin qeyd edib ki, “bu cür addımlar Ermənistan cəmiyyətinin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi tələbi ilə ziddiyyət təşkil edir və güc strukturlarının fəaliyyətinin siyasiləşdirildiyinə işarə edə bilər”.
Zaxarovanın sözlərinə görə, “Rusiyayönlü mövqedə olan siyasətçilərə və ictimai xadimlərə təzyiqin gücləndirilməsi İrəvanın Moskva ilə münasibətlərin pisləşdirilməsi istiqamətində heç bir addım atılmadığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir”./Musavat.com