Kiyev vilayətində Rusiyanın kütləvi hücumundan sonra yanğınlar baş verib və anbar infrastrukturu zədələnib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
O bildirib ki, Borispol rayonunda zərbələr nəticəsində anbar binalarında yanğın başlayıb.
Hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır, yanğının söndürülməsi davam etdirilir. Həmçinin Fastov rayonunda anbar binalarına, Brovarı və Vışqorod rayonlarında isə fərdi yaşayış evlərinə ziyan dəyib.
İlkin məlumatlara görə, mülki əhali arasında xəsarət alan yoxdur.
Yerli Ukrayna KİV-lərinin verdiyi məlumata görə, hücum nəticəsində "Rozetka" bazarı və "Fozzy Group" ticarət-sənaye qrupunun infrastrukturu zədələnib.