Peskov: Rusiya Ukrayna ilə sülh danışıqlarına açıqdır


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna müharibəsinin həlli ilə bağlı sülh danışıqlarına açıq olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanovun Rusiya və Ukrayna nümayəndə heyətlərinin sentyabr ayında görüşə biləcəyi barədə sözlərini də şərh edib. O, bununla bağlı Kremlin hər hansı məlumata malik olmadığını deyib.

Kremlin sözçüsü Rusiya və ABŞ arasında Ukrayna məsələsi ilə bağlı işgüzar səviyyədə əlaqələrin davam etdiyini qeyd edib: “Əlbəttə, biz sülh danışıqlarına açığıq”.

Rusiyanın gələcəkdə NATO ölkəsinə məhdud hücum edə biləcəyi ilə bağlı iddiaları rədd edən Peskov bunun “reallıqla və ya Rusiyanın niyyətləri ilə heç bir əlaqəsi olmadığını” bildirib.

Peskov Rusiyanın Ukraynadakı məqsədlərinə sülh yolu ilə çatmağa üstünlük verdiyini, lakin bunun hazırda mümkün olmadığını iddia edib. Onun sözlərinə görə, Rusiya Ukraynadakı hərbi əməliyyatı öz təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq məqsədilə davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ