Dondurulmuş Rusiya aktivləri uğrunda mübarizə: Aİ-də yeni plan


İsveç, Niderland, İspaniya və Polşa Avropa Komissiyasını Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planı üzrə işi bərpa etməyə çağırır.

Turkustan.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, ölkələrdən ibarət koalisiya Avropa Komissiyasına məktub hazırlayır. Məktubda 200 milyard avrodan çox dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizminin hazırlanması, həmçinin Belçikanın mövqeyinin yaratdığı hüquqi və texniki maneələri aradan qaldıra biləcək alternativ həllərin araşdırılması tələb olunur.

Məlumata görə, dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı əvvəlki təşəbbüs Belçikanın etirazları səbəbindən nəticəsiz qalıb.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynanın və Avropa ölkələrinin maraqları naminə necə istifadə edilə biləcəyinə dair yeni müzakirələrə başlamağın vaxtıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ