Rusiyanın növbəti gecə hava hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün tərəfdaş ölkələrə çağırış edib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Ukrayna prezidenti bildirib ki, Rusiya raket istehsalına və müharibəni davam etdirməyə sərmayə qoyur. Buna görə də Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməsinə ehtiyac var.
Zelenski qeyd edib ki, bu həftə Avropadakı müttəfiqlər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul ediblər. O, həmin dəstəyin, xüsusilə PURL proqramı çərçivəsində əlavə ballistik raketdən müdafiə sistemləri və digər vasitələrlə artırılmasının vacibliyini vurğulayıb.
“Ukraynanın səmasının müdafiəsini gücləndirən hər şey hər gün insanların həyatını xilas edir. Rusiyanın müharibəni davam etdirmək üçün istifadə etdiyi raketləri effektiv şəkildə zərərsizləşdirməliyik”, – deyə Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az