Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərinə dronlarla hücum etdiyi bildirilir. Hücum nəticəsində ölən və yaralananların olduğu açıqlanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Xerson Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri şəhərin mərkəzində mikroavtobusa dronla hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.
Yaralananlar arasında 59 yaşlı kişi, 60 yaşlı qadın və 55 yaşlı mikroavtobus sürücüsü var. Sürücünün kəllə-beyin travması, partlayış nəticəsində xəsarətlər və qapalı kəllə-beyin travması aldığı bildirilib.
Zərərçəkənlərə tibbi yardım göstərilir və onların vəziyyəti ilə bağlı əlavə müayinələr aparılır.
Aytən Yaşar/ Turkustan.az