ABŞ Prezidenti Donald Trampın ötən ay Ankarada keçirilən NATO Zirvəsindən qayıdarkən İran təhdidi səbəbindən təyyarəsini gizli şəkildə dəyişməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Trampa qarşı İran mənşəli olduğu bildirilən sui-qəsd təhdidi barədə İsrail kəşfiyyatının təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıb.
Məlumata görə, ABŞ kəşfiyyat rəsmiləri İsrail tərəfindən ötürülən təhdidin etibarlılıq səviyyəsini aşağı qiymətləndiriblər. Buna baxmayaraq, təhlükəsizlik qurumlarının xəbərdarlıqları Trampın Türkiyədən gizli şəkildə başqa hərbi təyyarə ilə yola salınmasına səbəb olan fövqəladə əməliyyatın keçirilməsinə gətirib.
Əməliyyat zamanı Trampın “Air Force One”dan daha kiçik C-32A hərbi təyyarəsinə keçirildiyi, əsas təyyarənin isə diqqəti yayındırmaq məqsədilə istifadə edildiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az