ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla potensial müharibə ilə bağlı məxfi sənədlərinin üzə çıxdığı bildirilir.
Turkustan.az xəbər verir ki, sənədlərdə ABŞ ordusunun münaqişənin ilk mərhələsində verdiyi itkilərlə bağlı məlumatların yer aldığı qeyd olunur.
“Haber7”nin məlumatına görə, sızdırıldığı iddia edilən rəsmi sənədlərdə fevralın 28-dən başlayan İranla qarşıdurmanın ilk mərhələsində yüzlərlə ABŞ hərbçisinin yaralandığı göstərilir.
Məlumata görə, yüksək rütbəli generallar da daxil olmaqla, çox sayda hərbçi müxtəlif dərəcəli ciddi sağlamlıq problemləri ilə üzləşib.
Sənədlərin üzə çıxması ABŞ administrasiyasının hərbi itkilərin miqyasını ictimaiyyətdən gizlətdiyi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az