Bank seyfi açıldı! İçəridə tapdıqları şey polisi şoka saldı


AHBAP Dərnəyi və onun təsisçisi Haluk Leventlə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda yeni detallar ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, istintaq çərçivəsində 2026-cı ilin yanvarında dərnəyin idarə heyəti tərəfindən qəbul edilən üç qərar araşdırılır.

Məlumata görə, yanvarın 14-də keçirilən idarə heyəti iclasında dərnəyin bank hesabında olan 44 milyon türk lirəsinin inflyasiya səbəbindən dəyər itirməsinin qarşısını almaq məqsədilə qızıla çevrilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, vəsaitin birbaşa lirə ilə qızıla çevrilməsi əvəzinə əvvəlcə dollara dəyişdirilməsi, daha sonra isə həmin vəsaitlə qızıl alınması planlaşdırılıb.

İdarə heyəti Haluk Leventə valyutadəyişmə məntəqəsindən alınan dollarları fiziki şəkildə təhvil almaq səlahiyyəti verib.

Növbəti qərarla alınacaq qızılın saxlanılması üçün bankda seyf icarəyə götürülməsi nəzərdə tutulub. Seyfin açarının da Leventə verilməsi və əməliyyatların həyata keçirilməsi üçün ona tam səlahiyyət verilməsi qərara alınıb.

Beləliklə, istintaq materiallarına əsasən, 44 milyon lirənin dollara çevrilməsi, vəsaitin fiziki şəkildə alınması, qızılın əldə edilməsi və bank seyfində saxlanılması proseslərinin hər birində Haluk Leventə səlahiyyət verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ