Suriya hökuməti Kolumbiyanın İsrailin işğal etdiyi Qolan Təpələri üzərində “İsrailin suverenliyini” tanımaq qərarına etiraz olaraq BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub göndərib.
Turkustan.az xəbər verir ki, məktubda Kolumbiyanın qərarı qətiyyətlə pislənib və Dəməşq tərəfindən rədd edilib. Suriya Qolan Təpələrinin öz ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Suriya hökuməti Kolumbiyanın bu addımının ölkənin ərazi bütövlüyü və suverenliyinə zidd olduğunu bildirib. Qolan Təpələri 1967-ci ildən İsrailin nəzarətindədir və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti ərazini işğal olunmuş Suriya torpağı kimi tanıyır.
Aytən Yaşar/ Turkustan.az