Hakan Fidan Liviyada Xəlifə Haftarla görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyadakı rəsmi təmasları davam edir.

Turkustan.az xəbər verir ki, Fidan səfər proqramı çərçivəsində Liviyanın şərqində yerləşən Benqazi şəhərinə gedib. Nazir hava limanında Liviya Milli Ordusunun komandan müavini Səddam Haftar tərəfindən qarşılanıb.

Hakan Fidan daha sonra Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftarla görüş keçirib.

Görüşdə iki ölkə arasında münasibətlər və Liviyadakı son siyasi və təhlükəsizlik proseslərinin müzakirə olunduğu bildirilib.

Nazir Fidan Haftarla görüşüb.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ