Böyük Britaniya İsrailə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, Londonun müzakirə etdiyi tədbirlər sırasında İordan çayının Qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrindən malların idxalına qadağa qoyulması da var.
Bundan başqa, bəzi İsrail hökumət üzvlərinə, yəhudi məskunlaşanlara və onlarla əlaqəli təşkilatlara qarşı fərdi sanksiyaların tətbiqi ehtimalı araşdırılır.
Britaniya hökumətinin silah ixracına dair mövcud məhdudiyyətləri daha da sərtləşdirməsi də müzakirə olunan variantlar arasındadır.
Məlumata görə, yeni tədbirlərin Böyük Britaniya parlamentinin fəaliyyətini bərpa etməsindən sonra, sentyabr ayında açıqlanması gözlənilir. /Globalinfo.az/