İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında püskürmə altıncı gündür davam edir.
Turkustan.az xəbər verir ki, vulkanın yaydığı kül buludu səbəbindən Kataniya hava limanında uçuşlar yenidən müvəqqəti olaraq dayandırılıb.
Hava limanı operatoru SAC bildirib ki, Siciliyanın şərqi üzərində kül buludunun yaratdığı təhlükə səbəbindən hava məkanına tətbiq olunan məhdudiyyətlər uzadılıb və uçuşların dayandırılması cümə axşamı saat 14:00 GMT-dək davam edəcək.
Etna püskürməsinin yay mövsümünün ən sıx dövrünə təsadüf etməsi hava nəqliyyatında ciddi fasilələrə səbəb olub. Bir sıra reyslər ləğv edilib, digərləri isə Palermo, Trapani və Komiso hava limanlarına yönləndirilib.
Aytən Yaşar/ Turkustan.az